
Lakin əsl qarşılaşma bizi Macar Milli Muzeyinin zirzəmi mərtəbəsində gözləyirdi. Qarderobun yaxınlığında divara iki daş, Osmanlı dövrünün 17-ci əsrin ortalarına aid iki macar qalasından iki tikili kitabəsi yerləşdirilib. Onların yazısı güclə sezilir (buna görə sadəcə foto-şəkli günahlandırmayın), lakin nə oxuna bilərdisə yanlarındakı lövhəciyə yazılıb:
“Ya Allah! Ya Xaliq! Sekeşfehervor (Székesfehérvár) qalası. Əlahəzrət Şahbaz Paşanın dövrü. 1070-ci il (18 sentyabr 1659 – 8 avqust 1660)”
“Küll aləmin xəlifəsi Məhəmməd Sultan xanın – Allah onun ömrünü və hökmünü uzun etsin – hökmdarlığı dövründə Siyavuş vəzir paşa, Mustafa mir liva paşa və Cəfər Mustafa mir alay bəy tərəfindən 1059-cu ildə (15 yanvar – 6 dekabr 1649) inşa edilib” (Buda qalsının Siyavuş bürcündən)Araz deyir ki, qurucuların adları İranın ilk azərbaycanlı sülaləsi olan Safavilərin taxta gəlməsinə kömək etmiş, sələfləri hazırda Azərbaycanda məskunlaşan, şiə türk cəngavərləri – Qızılbaşlar üçün səciyyəvidir. Sekeşfehervar paşasının adı 1890-cı ildə Şandor Keqlə əbədi dostluq əhdi vermiş azərbaycanlı Şahbaz bəyin adı ilə, Buda paşasının adı isə bu yaxınlarda vəfat etmiş Simin Daneşvarın 20-ci əsr İran tarixində ən görkəmli romanını barəsində yazdığı İran şiə türk dastan qəhrəmanının adı ilə eynidir.
Bu şəhərdə gizlənmiş neçə-neçə bilinməyən şəhərin arasında ən gizlilərindən biri Azərbaycanlı səyahətçiyə öz simasını göstərir.



Add comment